Səudiyyə rejiminin 600 kəşfiyyat işçisinin bütün məlumatları ifşa edildi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i374234-səudiyyə_rejiminin_600_kəşfiyyat_işçisinin_bütün_məlumatları_ifşa_edildi
Səudiyyə rejiminin kəşfiyyat agentlərinin siyahısı, ünvanları, telefon nömrələri, milli kodları və s. həssas məlumatlarla birlikdə ifşa edilmişdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 10, 2021 12:14 Asia/Baku
  • Səudiyyə rejiminin 600 kəşfiyyat işçisinin bütün məlumatları ifşa edildi

Səudiyyə rejiminin kəşfiyyat agentlərinin siyahısı, ünvanları, telefon nömrələri, milli kodları və s. həssas məlumatlarla birlikdə ifşa edilmişdir.

SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki,bu məxfi məlumatlar işçilərin statusu və adlarını, telefon nömrələrini, milli kodlarını və ev ünvanlarını, təhsil aldıqları yerləri əhatə edir.

Bu məxfi məlumatların yayılması Səudiyyə rejiminin kəşfiyyat xidmətinə ağır zərbə vuracaq və təhlükəsizliklərinə arxayın olan Səudiyyə rejiminin kəşfiyyat qüvvələrinə mənəvi cəhətdən böyük təsir göstərəcək.

Həm də bu sənədlərin Yəmən müharibəsindəki həssas vəziyyətdə və Səudiyyə rejiminin koalisiyasının Yəməndəki siyasi və hərbi məğlubiyyətlərində olduğu bir vaxtda dərc edilməsi, bölgədə və dünyada Səudiyyə rejiminin hegemonluğunu hər zamankindən daha çox sarsıdacaq.