İraqda ABŞ-ın dördüncü hərbi karvanı hücum hədəfinə çevrilib
Mart 12, 2021 09:28 Asia/Baku
Amerikanın logistik himayə karvanı Bəsrə-Nasiriyyə istiqamətində hücum hədəfinə çevrilib.
SəhərAzəri xəbər verir ki, «Saberin Nyus» informasiya agentliyi bundan öncə xəbər vermişdi ki, Amerikanın bir logistik himayə karvanı bu ölkənin Babil vilayətinin «Əlhillə» bölgəsində hücum hədəfi olubdur.
Ondan öncə də işğalçı amerikan qüvvələrə məxsus bir logistik təchizat karvanı İraqın qərbində yerləşən Ələnbar vilayətində, digər bir amerikan təchizat karvanı isə İraqın cənubunda yerləşən Əlmusənna vilayətinin Əlsəmavə rayonunda hədəfə alınmışdı.
Əksər iraqlı siyasi qruplar amerikalı hərbçilərin tez bir zamanda İraq ərazisini tərk etmələrini vurğulayırlar.