2 İŞİD terrorçusunun həbs edilib; onlarla bomba aşkarlanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i374356-2_İŞİd_terrorçusunun_həbs_edilib_onlarla_bomba_aşkarlanıb
İraq Xalq Səfərbərlik Təşkilatının Əl-Ənbar əyalətindəki bir təhlükəsizlik mənbəi, vilayətin qərb hissəsində keçirilmiş qabaqcıl əməliyyatda iki İŞİD terrorçusunun tutulduğunu elan etdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 13, 2021 12:15 Asia/Baku
  • 2 İŞİD terrorçusunun həbs  edilib; onlarla bomba aşkarlanıb

İraq Xalq Səfərbərlik Təşkilatının Əl-Ənbar əyalətindəki bir təhlükəsizlik mənbəi, vilayətin qərb hissəsində keçirilmiş qabaqcıl əməliyyatda iki İŞİD terrorçusunun tutulduğunu elan etdi.

SəhərAzəri xəbər verir ki, Təhlükəsizlik mənbələrinə görə, İraq qüvvələri cümə günü Əl-Ənbar əyalətinin qərb hissəsində keçirilmiş qabaqcıl bir əməliyyatda 174 bombanı aşkar edərək zərərsizləşdirə bildilər.

İŞİD terror qruplaşmasının İraqda məğlub olmasına baxmayaraq, bu terror qruplaşmasının bir sıra üzvləri hələ də ölkənin müxtəlif bölgələrindədirlər və səpələnmiş şəkildə terror aktları həyata keçirirlər.