Netanyahu ilə ekstremist yəhudilərin yeri, zibillikdir
Bir sionist partiyanın sədri deyib ki, sionist rejimin baş naziri Benyamin Netanyahunu və ifratçı yəhudiləri zibillərin içinə atmaq lazımdır.
SəhərAzəri xəbər verir ki, Aviqdor Liberman bu gün bir çıxışda deyib: Netanyahunun və ifratçı yəhudilərin yeri, zibillərin arasıdır.
Bir ifratçı sionist partiyanın sədri, Libermanın bu sölzərini onun Netanyahuya olan nifrəti və məyusluğunun nişanəsi adlandırıb.
Sionist rejimin mənzil naziri də Libermanın sölzərini təhrikedici adlandırıb və bu cür ifadələrin qarşısının alınmasını istəyib.
Liberman fevralın yeddisində də Netanyahunun kənarlaşdırılmasını tələb etmiş və vurğulamışdı ki, sionist rejimin baş naziri yaxşı olardı, öz məsuliyyətindən kənara çəkilərək, evdə otursun.
Sionist rejim partiyaları arasındakı siyasi ixtilaflar keçən həftələrdə aksiyaların keçirilməsilə daha da şiddətlənibdir.