Suriya sərhədində ABŞ əsgərlərinin şübhəli fəallığı artıb
İraq təhlükəsizlik mənbəyi Suriyanın şimalında, xüsusən Əl-Həsəkə vilayətində onlarla ABŞ zirehli texnikasının yerləşdirildiyini bildirib.
SəhərAzəri xəbər verir ki, Farsnews-dan nəql edərək xəbər verir ki, həmin təhlükəsizlik mənbəyi 40-dan çox Hummer və zirehli texnikanın, maddi-texniki avadanlıq və silahlarla birlikdə dünən (14 mart) Ərbilin Simalka sərhəd-buraxılış məntəqəsi ilə Suriyaya girdiyini söyləyib.
Mənbə Al-Maalomah saytına verdiyi müsahibəsində bunları deyib: “Son üç gündə ABŞ təyyarələrinin sərhəd bölgəsinə bitişik kəndlər üzərində kəşfiyyat uçuşları həyata keçirdiyi kimi, Suriya ilə İraq (Kürdüstan bölgəsi) arasındakı sərhəddə ABŞ əsgərlərinin qeyri-adi hərəkətlərinin şahidi oluruq”.
Bundan əvvəl Kərkükdəki Əl-Ərəbiya cəbhəsi koalisiyasının komandirinin müavini Nazim Əl-Şəmmari ABŞ-ın İraqın Kürdüstan bölgəsindəki hərbi hərəkətlərinə qarşı çıxmağa dəvət etmişdi.