Mart 19, 2021 11:39 Asia/Baku
  • Amerika İŞİD-in yaradıcısı və himayədarıdır

Livan Hizbullahının baş katibi dünən gecə Həzrət Əbulfəzl Əl-Əbbas(ə)-ın səadətli mövludunun ildönümü günü və müharibə əlili günü münasibətilə etdiyi çıxışında deyib: Yeni sənədlər Amerikanın kəşfiyyat və təhlükəsizlik orqanlarının İraq həbsxanalarındakı terrorçu İŞİD qrupu başçılarının cəzb olunmaları və zindanlardan azad edilmələri sahəsindəki rolunu üzə çıxarır.

SəhərAzəri xəbər verir ki, Seyyid Həsən Nəsrullah bildirib ki, Amerika İŞİD-in yaradıcısı və himayədarıdır. Qeyd edib ki, Amerikanın kəşfiyyat orqanı xalqların və orduların dağılması üçün terror qruplarını idarə və himayə edir.

Livan Hizbullahının baş katibi yəmənlilərin son günlər Əlqaidə kimi terror qrupunun Amerikanın kəşfiyyat xidməti ilə əlaqələri barədəki ifşaçılıqlarına toxunaraq, belə qeyd edib: Hər gün bu terror qruplarının mövcudluq həqiqəti və kimlərin onları yaratmaları və himayə etmələri daha çox ifşa olunur.

Seyyid Həsən Nəsrullah sonra deyib: Livanın əsas problemləri Amerikadan qaynaqlanır. Amerika livanlıların problemlərinin həll olunmaması üçün qorxu vasitəsinə əl atır və Livanda da amerikalılardan olan qorxudan Çin, Rusiya və İrana doğru bəzi addımlar atılır.

Teqlər