İraqda ABŞ-ın pilotsuz təyyarəsi vuruldu
İraqdakı məlumatlı mənbələr, İraqın şimalında Neynəva vilayətində ABŞ-a məxsus bir pilotsuz təyyarənin vurulduğunu bildiriblər.
SəhərAzəri xəbər verir ,İraqın Sabreen News Teleqram kanalının məlumatına görə, pilotsuz təyyarə ABŞ donanmasına məxsus “Fixed wing drone”dur və Təl Əl-Şayərdəki Əl-Qayyarah bölgəsində vurulub.
İraqdakı sosial media istifadəçiləri Neynəva vilayətində (şimal-qərbdə) vurulan Amerika PUA-sının şəkillərini paylaşıblar.
İraqlı bir mənbə Neynəva vilayətinin (Şimali İraq) Maxmur şəhərindəki mənbələrə istinadən, ABŞ pilotsuz təyyarəsinin “yerdən havaya” raketi ilə vurulduğunu bildirib.
ABŞ koalisiyası bu xəbəri hələ cavablandırmayıb və heç bir qrup və ya şəxs hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.
Saberin News mənbələrinə istinadən İraq ordusunun 14-cü diviziyasının 2 milyon dollarlıq pilotsuz təyyarənin qalıqlarını topladığını bildirib.