Səudiyyə rejiminin məmuru BMT-nin xüsusi məruzəçisini öldürməklə hədələdi
Dünən (23 mart) Britaniyanın Qardian qəzeti, Səudiyyə rejiminin yüksək səviyyəli rəsmisinin müxalif jurnalist Camal Kaşıkçının öldürülməsi ilə əlaqədar olaraq, BMT-nin xüsusi məruzəçisi Aqnes Kallamardı öldürməklə iki dəfə təhdid etdiyini yazıb.
SəhərAzəri xəbər verir ki,Qardianın yazdığına görə, Camal Kaşıkçının qətli ilə bağlı BMT-nin xüsusi məruzəçisi Aqnes Kallamard BMT-dəki həmkarlarından birinin ona diqqətli olmağı barədə xəbərdarlıq edərək, bu yaxınlarda Cenevrədə BMT-nin digər yüksək vəzifəli şəxsləri ilə görüşən Səudiyyə rejiminin yüksək səviyyəli bir rəsmisinin Kallamardı iki dəfə ölümlə təhdid etdiyini bildirib. Kallamard müsahibəsində bu sözləri ölüm təhdidi kimi qəbul etdiyini əlavə edib.
Kallalmard 2018-ci ildə Kaşıkçının qətlinə dair ətraflı bir hesabat yayımlayan ilk şəxs idi. Kallamardın 2019-cu ilin iyun ayında yayımlanan 100 səhifəlik hesabatında Səudiyyə rejiminin vəliəhdi Məhəmməd bin Salman və digər yüksək səviyyəli rəsmilərin sui-qəsddən məsul olduqlarına dair etibarlı dəlillərin olduğu qənaəti hasil oldu. O, məruzəsində qətli beynəlxalq cinayət adlandırmışdı.