Livan yenidən qarışdı: İstefa!
https://azeri.sahartv.ir/news/qərbi_asia-i374967-livan_yenidən_qarışdı_İstefa!
Livanın paytaxtı Beyrutda hökumətə qarşı növbəti etiraz aksiyası keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 27, 2021 19:38 Asia/Baku
  • Aksiya-Livan
    Aksiya-Livan

Livanın paytaxtı Beyrutda hökumətə qarşı növbəti etiraz aksiyası keçirilib.

SəhərAzəri  Farsnews-a istinadən xəbər verir ki, etirazçılar hakimiyyəti istefaya səsləyib və müstəqil keçid hökumətinin qurulmasını tələb ediblər.

Eyni zamanda, aksiyada Beyrut limanındakı partlayışın günahkarlarının və korrupsiyada adı hallanan şəxslərin cəzalandırılması ilə bağlı şüarlar səsləndirilib.