İraqda 3 ABŞ karvanı hədəfə alındı
Mart 29, 2021 17:07 Asia/Baku
İraq mənbələri ölkənin mərkəzi və cənubundakı ABŞ əsgərləri üçün maddi-texniki təchizat daşıyan üç karvanın hədəfə alındığını bildirib.
SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, Sabreen News Teleqram kanalı bu gün (29 mart) ABŞ-ın üç hərbi karvanının Babil (mərkəzi İraq), Divaniyə (cənub İraq) vilayətlərinə və Zi Qar vilayətlərinin Nasiriyə şəhərində (cənub-şərqi İraq) hədəfə alındığını yazıb.
Sabreen News kanalı Babil və Divaniyədəki iki ABŞ karvanına hücumun videosunu yayımlayıb.
Hücumların məsuliyyətini heç bir qrup və ya şəxs öz üzərinə götürməyib.