Apr 01, 2021 16:20 Asia/Baku
  • Amerika tənəzzül mərhələsinə daxil olub

Livan Hizbullahının baş katibi deyib: Amerika daha keçmişdəki kimi deyil və tənəzzül mərhələsinə daxil olub. Livan Hizbullahının baş katibi sonra deyib: Sionist rejim də öz ağası kimi tənəzzülə və dağılmağa doğru hərəkət edir və İslam İnqilabının Böyük Rəhbəri buna təkid ediblər.

SəhərAzəri xəbər verir ki, Seyyid Həsən Nəsrullah Livan müsəlmanlarının din alimləri assambleyasının rəyasət heyətinin sədri Şeyx Əhməd Əlzəynin anımı münasibətilə etdiyi çıxışda həmçinin deyib: Şeyx Əhməd Əlzəyn Fələstin amalını himayə etdi. O, Fələstin amalının aradan qaldırılması üzrə hər hansı cəhdə qarşı idi və müqavimət, Fələstinin azad edilməsi üzrə yeganə ümiddir.

Livan Hizbullahının baş katibi vurğulayıb: Müqavimət mehvəri öz tarixinin ən çətin və ən təhlükəli mərhələsini arxada qoydu, təhdidlər qarşısında ciddi tədbirlər gördü, öz bacarıqlarını gücləndirdi. Sionistlər müqavimətin gücünün günü-gündən artmasından nigarandırlar və müharibə ilə hədələyirlər, halbuki müharibədən qorxurlar.

Livan Hizbullahının baş katibi Yəməndə sülh müzakirələri haqda belə deyib: Yalançı və aldadıcı medialar səudların xeyrinə məzlumluq nümayiş etdirməyə səy edirlər. Bu cür göstərməyə çalışırlar ki, səudlar sülh tərəfdarıdırlar, Ənsarullah isə sülhü rədd edir. Amma səudların Yəməndə savaşın başa çatması üzrə yeni planı, Yəmənə qarşı yeni media savaşıdır.

Livan Hizbullahının baş katibi daha sonra deyib: Yəmənlilər siyasətdə olduqca aqildirlər və onları siyasi cəhətdən aldatmaq olmaz.

Mühasirə ləğv edilmədən atəşkəs o deməkdir ki, təcavüzkar qüvvələr döyüş meydanında həyata keçirməkdə aciz qaldıqları məsələni ictimai təzyiq yolu ilə əldə etməyə səy göstərirlər.

Nəsrullah sonra söyləyib: Yəmənə qarşı savaşın şiə və sünni firqələri ilə əlaqəsi yoxdur. Bu, Amerikanın hədəflərinin xidmətində olaraq, bu ölkənin region üçün olan planlarıdır.

Sionist-amerikan mehvərin əlində qalan sonuncu silah, regionda fitnə salmaq və onda cərəyan edən savaşlara firqəvi don geydirməkdir.

Teqlər