Cizanda bir qrup səud təcavüzkarı məhv edilib
Yəməndəki informasiya mənbələri təcavüzkar səud-əmirliklər koalisiyası muzdurlarının Cizan cəbhəsindəki səylərinin uğursuz qalmasından xəbər veriblər.
SəhərAzəri xəbər verir ki, Yəmənin ordusu və xalq qüvvələri bu gün Ərəbistanın Cizan cəbhəsində səud təcavüzkarlarının mövqelərini bombalayıblar ki, bu əməliyyatda səud muzdurlarından on beş nəfər öldürülüb.
Həmin əməliyyatda Yəmənin ordu qüvvələri Cizan cəbhəsində irəliləyərək, səud düşmənə ağır xəsarətlər vurublar. Bir qrup muzdur hərbi təchizatlarla döyüş meydanından qaçıbdır.
Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirə edib.
Ərəbistanın və müttəfiqlərinin Yəməndəki militarizmi indiyədək 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə nəfərin yaralanmasına və milyonlarla nəfərin didərgin düşməsinə bais olubdur.