ABŞ Suriyada qanunsuz hərbi bazalarını gücləndirdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i375272-abŞ_suriyada_qanunsuz_hərbi_bazalarını_gücləndirdi
ABŞ-ın işğalçı qüvvələri Suriyanın təbii sərvətlərinin talan etməyi davam etdirir və beynəlxalq aləmin susqunluğu və passivliyi sayəsində Suriyanın Əl-Cəzirə bölgəsindəki neft və qaz sahələrində qanunsuz hərbi bazalarını gücləndirməyə davam edir.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Apr 03, 2021 15:09 Asia/Baku
  • ABŞ Suriyada qanunsuz hərbi bazalarını gücləndirdi

ABŞ-ın işğalçı qüvvələri Suriyanın təbii sərvətlərinin talan etməyi davam etdirir və beynəlxalq aləmin susqunluğu və passivliyi sayəsində Suriyanın Əl-Cəzirə bölgəsindəki neft və qaz sahələrində qanunsuz hərbi bazalarını gücləndirməyə davam edir.

SəhərAzəri xəbər verir ki,Suriya Xəbər Agentliyi (SANA), ölkənin şərqindəki ən böyük təbii qaz sahəsindəki Amerikanın varlığını gücləndirdiyini açıqlayaraq, bunları deyib: “Bununla əlaqədar olaraq Amerika qüvvələri gecə ilə çoxlu sayda hərbi texnika, silah və maddi-texniki təchizatını Deyr Əz-Zorun kənarındakı Koniko qaz yatağına köçürüb.

 Maddi-texniki təchizat və hərbi texnika və materiallar daşıyan Amerika karvanı Koniko qaz yatağındakı işğalçıların qanunsuz hərbi bazasına girdi”.

 Koniko qaz yatağı Suriyada ABŞ tərəfindən işğal edilmiş ən böyük qaz yatağıdır.

 Məlumata görə, amerikalılar son aylarda Suriyanın Əl-Cəzirə bölgəsində hərbi kontingentini gücləndirmək məqsədi ilə silah və hərbi və maddi texniki təchizat daşıyan minlərlə yük maşınını qanunsuz yollarla Əl-Hasəkə vilayətinə gətirib.

 Suriyanın şərq bölgələri neft ehtiyatları ilə zəngindir və ABŞ müttəfiqlərinin köməyi ilə Suriya neftini talan edir və qaçaqmalçılıq yolu ilə ölkədən çıxarır.