Rusiya: Nüsrə terroristləri İdlibdəki gərginliyi azaltma bölgəsində 24 dəfə atəş açdı
Rusiyanın Suriyadakı Tərəfləri uzlaşdırma Mərkəzindən verilən hesabatda, son 24 saatda Əl Nüsrə cəbhəsi terroristlərinin İdlibdəki gərginliyi azaltma bölgəsində 24 dəfə atəş açdıqları bildirilir.
SəhərAzərinin xəbərinə görə Mərkəzin sədr müavini Aleksandr Karpov, bu günki mətbuat konfransında İdlibdəki gərginliyi azaltma bölgəsində son 24 saatda Əl- Nüsrə Cəbhəsi qüvvələrinin 24 dəfə atəş açdıqlarını ifadə etdi.
Karpov, "İdlib gərginliyi azaltma bölgəsində Əl- Nüsrə Cəbhəsi terrorist qrupunun mövqe tutduğu nöqtələrdən İdlibdə 15, Lazqiyyədə 4, Hələbdə 2, Hamada 3 dəfə olmaq üzrə 24 dəfə atəş açıldığı təsbit edildi" qeyd etdi.
Karpov bununla birlikdə son bir gün içində İdlib gərginliyi azaltma bölgəsində Türkiyənin idarəsində olan qeyri-qanuni silahlı yaraqlılar tərəfindən atəş açıldığının müəyyən olunmadığını qeyd etdi.