Apr 06, 2021 20:15 Asia/Baku
  • Netanyahuya digər bir uğursuz hökuməti təşkil etmək tapşırılıb

Sionist rejimin başçısı bu rejimin yeni nazirlər kabinetinin təşkilində nakam qaldığı bir şəraitdə qərara alıb ki, bir daha bu rejimin baş naziri Benyamin Netanyahuya hökumətin təşkilni tapşırsın.

SəhərAzəri xəbər verir ki, Reuven Rivlin-in əslində siyasi çıxılmazlıqdan çıxmaq və xilas olmaqdan ötrü yeni hökumətin təşkili üçün Netanyahunu seçmək istiqamətində atdığı addım bir çox reaksiyalara və sionist rejim partiylarının etirazlarına səbəb olub.

Ötən iki ildən az bir müddətdə sionist rejim parlamenti- knessetə seçkilərin dördüncü dəfə keçirilməsinə rəğmən, Netanyahunun partiyası koalisiya hökuməti təşkil edə və sionist rejimi siyasi bir dalandan çıxara bilməyibdir. Əslində koalisiya hökumətinin yaradılması yolu bir daha Netanyahunun partiyasının və onun siyasi müxaliflərinin üzünə bağlanıbdır.

Netanyahu elə bir halda bir daha sionist rejimin nazirlər kabinetini təşkil etmək tapşırığı alıbdır ki, o, əmanətə xəyanət, rüşvətxorluq, korrupsiya və dələduzluq ittihamları ilə geniş daxili müxalifətlərlə üzləşir.

Teqlər