Yəmən ordusu PUA ilə Səudiyyə rejiminin aviabazasını vurdu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i375449-yəmən_ordusu_pua_ilə_səudiyyə_rejiminin_aviabazasını_vurdu
Yəmənli Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii Yəmən ordusunun PUA birliyinin Səudiyyə rejiminin Xamis Muşaitdəki Kral Xalid aviabazasında strateji mövqeləri hədəfə ala bildiyini açıqlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 07, 2021 15:11 Asia/Baku
  • Yəmən ordusu PUA ilə Səudiyyə rejiminin aviabazasını vurdu

Yəmənli Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii Yəmən ordusunun PUA birliyinin Səudiyyə rejiminin Xamis Muşaitdəki Kral Xalid aviabazasında strateji mövqeləri hədəfə ala bildiyini açıqlayıb.

SəhərAzəri xəbər verir ki, general-mayor Yəhya Sərii Tvitter üzərindən verdiyi açıqlamasında, Kral Xalid aviabazasında müəyyənləşdirilən hədəflərin dəqiqliklə vurulduğunu və əməliyyatın iki ədəd Qasif 2K PUA tərəfindən həyata keçirdiyini bildirərək, belə deyib: “Bu hücum sevimli ölkəmizə qarşı davam edən təcavüz və amansız mühasirəyə cavabdır”.

 Səudiyyə-BƏƏ koalisiyası təxminən yeddinci ildir ki, Yəməni bombalayır və bombardman edir, Yəmən xalqını mühasirədə saxlayır, aclıq və tibbi ləvazimat çatışmazlığı ilə üz-üzə qoyur, qadın və uşaqları öldürməyə davam edir.

 Bu hücumlar Yəmənin infrastrukturunun məhv olmasına və bu yoxsul ərəb ölkəsində yoxsulluğun, işsizliyin və yoluxucu xəstəliklərin yayılmasına səbəb olub.