Apr 09, 2021 23:05 Asia/Baku
  • Dəməşq: “İsrail rejiminin hava hücumları Qərb siyasətinin bir hissəsidir”

Suriyanın Xarici İşlər Nazirliyi verdiyi bəyanatında, İsrail rejiminin Dəməşq ətrafına qarşı döyüş təyyarələrilə etdiyi hücumları qınayaraq, belə deyib: “Bu hücumlar terrorçuları dəstəkləmək üçün həyata keçirilir və Qərbin Suriyaya qarşı tətbiq etdiyi sanksiyaları tamamlayır”.

 SəhərAzəri Deyerler.org-dan nəql edir ki, Suriya Xarici İşlər Nazirliyi, cümə axşamı günü İsrail rejiminin qırıcılarının Dəməşq ətrafındakı bölgələrə etdiyi hücumuna cavab olaraq verdiyi bəyanatında bunları qeyd edib: “Bu hücum dünyanın hamı üçün sevgi və barış elçisi olan Pasxanı qeyd etdiyi bir vaxta təsadüf edir.

 İşğalçı İsrail rejiminin terror cinayətləri törətmək israrının əsas məqsədi terror qruplaşmalarına dəstək olmaq və İŞİD, Nusra Cəbhəsi və digər terror qruplaşmalarının Suriya Ərəb Ordusu və müttəfiqləri tərəfindən məğlub edilməsinin qarşısını almaqdır.

 Sionist rejimin cinayətləri Suriyadakı iqtisadi arenanı daraltmaq və ölkəni konstitusiya hüquqlarından istifadə etməkdən çəkindirmək üçün Qərbin zəhərli hücumlarının əsas hissəsidir”.

Teqlər