Bəhreyndə siyasi məhbusların ailələrində geniş həbslər
Bəhreyndə Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri bu ölkədəki siyasi məhbusların ailələrində geniş həbslər aparıblar.
SəhərAzəri xəbər verir ki, Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri həmin ailələrin üzvlərini dinc aksiyalar keçirimək səbəbindən həbs ediblər.
Etirazçılar öz dinc aksiyalarında Ali-Xəlifə rejimi ilə müxalifətə görə, edama məhkum olunmuş siyasi məhbuslardan iki nəfərin azad olunmasını tələb ediblər.
Bəhreyn barədə digər bir xəbərə görə, Bəhreyn İslam hərəkatının rəhbəri Şeyx İsa Qasim Ali-Xəlifə rejimini bu ölkə xalqına qarşı hərəkətlərindən ibrət dərsi almağa çağırıb.
Bəhreyn 2011-ci il fevralın 14-dən bəri bu ölkə xalqının Ali-Xəlifə rejiminə qarşı qiyam səhnəsidir.
Bu müddət ərzində on bir mindən çox Bəhreyn vətəndaşı puç ittihamlarla həbs olunub və çox sayda müxalif qüvvə də vətəndaşlıqdan məhrum edilibdir.