Apr 10, 2021 16:10 Asia/Baku
  • Sionist hərbçilər 18 fələstinlini şəhid ediblər

Qüds araşdırmalar mərkəzi bildirib ki, 2021-ci ilin əvvəlindən bəri sionist rejim hərbçiləri tərəfindən on səkkiz fələstinli şəhid edilib.

SəhərAzəri xəbər verir ki, Bu gün bu məlumatı verən Qüds araşdırmalar mərkəzi sonra bildirib ki, təkcə mart ayında sionist rejim hərbçiləri tərəfindən beş fələstinli şəhid edilib.

Qüds araşdırmalar mərkəzi həmçinin qeyd edib ki, sionistlər 2021-ci ilin əvvəlindən bəri hərbi güllələr və gözyaşardıcı qazla qərb sahili də daxil olmaqla müxtəlif nöqtələrdə fələstinliləri hədəfə alıblar ki, bu hərəkətlər də onlardan bir qrupunun şəhid olması ilə nəticələnibdir.

Sionistlər öz ekspansianist məqsədlərinə çatmaq üçün gündəlik olaraq Fələstinin müxtəlif bölgələrinə hücum edirlər. Onlar puç iddialarla fələstinliləri həbs edir, yaralayır və ya şəhid edirlər.

Teqlər