Apr 11, 2021 00:35 Asia/Baku

Yəmən ordusu və inqilabi xalq komitələri Taiz vilayətində ABŞ və Səudiyyə rejiminin muzdluları tərəfindən edilən iki quru hücumunu dəf etməyə müvəffəq oldular.

SəhərAzəri:Deyerler.org Ansarollah-a istinadən xəbər verir ki, yerli mənbənin verdiyi məlumata görə, hücumlar vilayətin Əl-Kadha bölgəsindəki Əl-Kaşa və Qahban cəbhələrinə təşkil edilib və hücumlar dəf edilərkən bir çox təcavüzkar öldürülüb və ya yaralanıb

 Mənbə, ordu qüvvələrinin və xalq komitələrinin bütün döyüş sahələrində düşmənə qarşı hazır olduğunu vurğulayaraq, belə deyib: “Bu qüvvələr Yəməni xain təcavüzkarların və bölgədəki iyrənc qüvvələrindən təmizləmək üçün qərarlıdır”.

 

 

Teqlər