Apr 15, 2021 18:59 Asia/Baku
  • Suriyada konstitusiyaya uyğun prezidentlik seçkiləri

İran İslam Respublikası Xarici işlər nazirinin siyasi işlər üzrə yüksək məsləhətçisi Əli Əsğər Xaci, BMT Baş Katibi Antonio Quterresin Suriya işləri üzrə xüsusi nümayəndəsi Geir Pedersonla görüşdə Suriyada prezidentlik seçkiləri konstitusiyaya görə təşkil ediləcəyini elan etdi.

SəhərAzəri xəbər verir ki,Görüşdə Xaci Pedersona, İran İslam Respublikasının Suriya konstitusiya komissiyasının müzakirələrinin davam etməsi və gələcək iclasının təşkil edilməsi istiqamətində sərf etdiyi səyləri dəstəklədiyini söylədi.

Görüşdə Pederson da İranın dəstəklərindən məmnuniyyəti dilə gətirərək, Suriyalı tərəflərlə Suriya konstitusiya komissiyasının altıncı iclasını təşkil etmək üzrə görüşdüyünü və başda İran İslam Respublikası olmaq üzrə əhəmiyyətli aktyorlarla müşavirələrini davam etdirəcəyini ifadə etdi.

 

Teqlər