İraqda "Səraya Övliyaəd-Dəm" Mossad-ın mərkəzinə hücumun məsuliyyətini üzərinə götürüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i375845-İraqda_səraya_Övliyaəd_dəm_mossad_ın_mərkəzinə_hücumun_məsuliyyətini_üzərinə_götürüb
"Səraya Övliyaəd-Dəm" qrupu İraq Kürdüstanının mərkəzi Ərbil şəhərində sionist rejimin casusluq təşkilatı Mossad-a bağlı mərkəzi hədəfə aldığını açıqlayıb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Apr 15, 2021 19:43 Asia/Baku
  • İraqda

"Səraya Övliyaəd-Dəm" qrupu İraq Kürdüstanının mərkəzi Ərbil şəhərində sionist rejimin casusluq təşkilatı Mossad-a bağlı mərkəzi hədəfə aldığını açıqlayıb.

SəhərAzəri xəbər verir ki, Əl-Cəzirənin məlumatına görə, "Səraya Övliyaəd-Dəm" qrupu bir bəyanatda, vurğulayıb ki, Mossad casusluq təşkilatının Ərbildəki mərkəzinə edilən hücumda, sionist düşmənin qüvvələri və təchizatlarına ağır ziyan dəyib.

İraq mənbələri çərşənbə axşamı İraqın şimalında sionist rejimin kəşfiyyat və casusluq əməliyyatları bazasının hədəfə alındığından xəbər veriblər. 

Təhlükəsizlik mənbələrindən birinin dediyinə görə, Mossad-ın Ərbildəki mərkəzinə hücumda 10 sionist öldürülüb və ya yaralanıb. 

Hadisənin ardınca İraq Kürdüstanı Bölgəsi bir bəyanat yayaraq, bu əməliyyatı təkzib edib, ancaq İraqın müqavimət kanalları əməliyyatın həyata keçirilməsinə təkid edərək, öldürülənlərin bəzilərinin adlarını da açıqlayıblar.