Sionist rejimin Livan sahillərində törətdiyi neft çirklənmələri
Sionist rejimin törətdiyi neft çirklənmələri Livana iri həcmdə maliyyə xəsarəti vurmaqdan əlavə, Livan sahillərinin heyvan və bitki növlərini də məhvolma təhlükəsi ilə üzləşdiribdir.
SəhərAzəri xəbər verir ki, cari milad ilinin yanvar-fevral aylarından başlayaraq yayılan sionist rejimin neft çirklənmələri Livana 20 milyon dollar xəsarət vurmaqdan əlavə, Livan sahillərindəki 85 növ heyvan və bitki növünü məhvolma təhlükəsi qarşısında qoyubdur.
Livan Ətraf Mühit Araşdırmaları Milli Şurasının üzvü Fatimə Cəfər deyir: "Müxtəlif bölgələrdə bu neft çirklənmələrinin həcmi fərqlidir. Livan sahillərindəki azı 25 heyvan və altmış bitki növü məhvolma təhlükəsi qarşısındadır. Balıq növlərinin çirklənməsilə insanların qida sağlamlığını da ciddi təhlükə gözləyir".
Livanda Ekoloji Tədqiqatlar üzrə Milli Şura bu neft çirklənmələrinin nəticələrininin müddətini 15 ildən 20 ilə qədər təxmin edibdir.
Livan parlamentinin üzvü Əyyub Həmid deyir: "Təəssüflə deməliyik ki, maddi xəsarətlər indiyədək 20 milyon dollar hesablanıb. Əlbəttə, ekoloji xəsarətlərin dağıdıcı əlamətləri uzun illər qalacaq".
Cari milad ilinin yanvar-fevral aylarından bəri Livanda balıqçılıq sahəsində birbaşa və ya dolayısı ilə çalışan 20 minə yaxın işçinin fəaliyyəti də bu ekoloji faciənin təsiri altında qərar tapıb.
Livanlılardan biri bu hqda deyib: "Livan sahillərindəki iri neft ləkələri sionist rejim mənşəlidir. Onlar indiyədək beynəlxalq təşkilatlara heç bir cavab verməyiblər. Əgər bu çirkləndiricilərin mənbəyi Livan olsaydı, onlar nə edərdilər?"
Sionist rejimin törətdiyi neft çirklənmələri son bir ay ərzində yayılaraq, Livan sahillərinin təqribən 140 kilometrini bürüyübdür.
Livanın işlərinin irəlilədilməsi hökuməti də təqribən üç ay bundan qabaq bu neft çirklənmələrinə görə, sionist rejimdən BMT-yə şikayət edibdir.