Sionist general «dəmir qübbə»nin faydasızlığını etiraf edib
Bir sionist rejim generalı etiraf edib ki, «dəmir qübbə» sistemi müqavimət raketlərinin dayandırılmasındakı faydasızlığı və acizliyini sübuta yetirib və ehtimal olunan gələcək savaşda bu rejimə böyük xəsarətlər vuracaqdır.
SəhərAzəri xəbər verir ki, Sionist rejim ordusunun səksən birinci texniki bölməsinin komandanı Yusi Lanqotski deyib ki, bu rejim «dəmir qübbə» sisteminin məhdudiyyətlərinə görə, indiyədək böyük xəsarətlər alıb və daha/ bir texnologiyaya söykənməklə strateji müdafiəyə malik ola bilməz.
Lanqotski gələcəkdə ehtimal üzrə savaşın baş verəcəyi təqdirdə, Qəzzədə Həmas, Livanda isə Hizbullah hərəkatlarını, eləcə də İranı sionist rejimə qarşı təhdidlər adlandırıb və belə qeyd edib: Belə bir şəraitin yaranacağı halda, «dəmir qübbə» yalnız cüzi cavab verməyə qadir olacaqdır.
Bu sionist rejim generalı raket təhdidini həmin rejim üçün real bir təhdid və bir fəlakət adlandırıb.
Ekspertlərin sözlərinə görə, sionist rejimin 2008-2009-cu illərdən tutmuş 2014-cü ilədək olan müddətdə Qəzzə zolağına qarşı müharibələrdəki məğlubiyyətləri məhz «dəmir qübbə»nin Fələstin raketlərilə mübarizədəki acizliyinə görə olubdur.