Apr 19, 2021 18:09 Asia/Baku
  • İraqda ABŞ-ın işğalçılarının yerləşdiyi aviabaza raketlə vuruldu

ABŞ-ın işğalçı qüvvələrinin də yerləşdiyi İraqdakı Bələd aviabazası bazar günü (18 aprel) axşam raketlərin hədəfinə çevrilib.

SəhərAzəri xəbər verir kia.bələd aviabazasının yaxınlığında ən azı beş partlayış səsi eşidilib.

Sabreen News Teleqram kanalı Bələd aviabazasında yerləşən ABŞ-ın ordusu ilə əlaqəli hərbi podratçı “Sally Porter”in raketlərin hədəfi olduğunu qeyd edib.

Xəbər mənbələri, hərbi bazanın Amerika hissəsindən sirenlərin səsləndirildiyini və təcili yardımların bazaya getdiyini də bildirib.

Raket hücumlarından sonra Amerika helikopterləri aviabazanın ətrafında geniş uçuşlar keçirib.

İraqın təhlükəsizlik mənbələri üç raketin Bağdadın şimalındakı Bələd bazasına və daha iki raketin F-16 döyüş təyyarələrinin yerləşdiyi bazaya düşdüyünü açıqlayıbRaket hücumunda ən azı iki nəfərin yaralandığı bildirilir.

İraq Təhlükəsiz İnformasiya (Əl-Aləm Əl-Əmni) Mərkəzi tərəfindən verilən açıqlamada belə qeyd edilib: "Bələd aviabazası Əl-Xalis şəhərinin Ducməh bölgəsindən atılan beş raketlə hədəfə alındı və bazanın mühafizə və dəstək alayının iki üzvü yaralandı.

Hərbi obyektlərimizə qarşı edilən bu iyrənc hərəkətlər, qəhrəman İraq təhlükəsizlik qüvvələrinin bu hava bazası da daxil olmaqla ölkənin imkanlarını müdafiə etməkdə əskiksiz cavabı ilə müşayiət olunacaq. Bazada terrorla mübarizədə istifadəsi aydın olan İraq Hava Qüvvələri (F 16) döyüş təyyarələri var".

 

Bəyanatın sonunda raket hücumunu həyata keçirənlərin hərəkətinin terror aktı olduğu vurğulanıb.

Teqlər