Apr 21, 2021 16:15 Asia/Baku
  • Rusiyanın Suriyadakı terrorçu mövqelərinə hava hücumu; 200 terrorçu öldürüldü

Rus qırıcı və bombardmançı təyyarələri bazar ertəsi Suriyanın mərkəzi Homs əyalətinin Tadmor (Palmira) şəhəri yaxınlığında terrorçuların mövqelərini bombalayıv.

SəhərAzəri xəbər verir ki, Rus qırıcı və bombardmançı təyyarələri bazar ertəsi Suriyanın mərkəzi Homs əyalətinin Tadmor (Palmira) şəhəri yaxınlığında terrorçuların mövqelərini bombalayıv.

Rusiyanın Suriyadakı Barışıq Mərkəzi rəhbərinin müavini Alexander Karbov, hücumda ən az 200 terrorçunun öldürüldüyünü və terror sursatı daşıyan 24 nəqliyyat vasitəsinin, həmçinin 500 kiloqrama yaxın əl bombası sursatının məhv edildiyini söyləyib.

Karbovun sözlərinə görə, Rusiya Hərbi Hava Qüvvələri terrorçuların təlim bazasını hədəf alıb.

Rusiya 2015-ci ildən bəri Suriya hökumətinin rəsmi istəyi ilə hava qüvvələrindən istifadə edərək terrorçuların mövqelərini bombalamaq və Suriya hərbçilərinin quru əməliyyatlarına dəstək vermək üçün Suriyada hərbi varlığıa sahibdir.

Suriyadakı böhran 2011-ci ildə Səudiyyə Ərəbistanı rejimi, ABŞ və müttəfiqlərinin dəstəklədiyi Sionist rejimin regiondakı düşməncəsinə siyasətlərinə dəstək məqsədi ilə  terror qruplaşmalarıı vasitəsi ilə  geniş bir hücuma başladı. Suriya daha sonra Rusiya və İranı Dəməşqə terrorçularla mübarizədə kömək etməyə çağırdı.

 

 

Teqlər