İsrail rejiminin mühüm fabrikində dəhşətli partlayış oldu+Video
İsrail rejiminin işğalı altındakı torpaqların mərkəzində güclü partlayış baş verdiyi bildirilib.
SəhərAzəri Deyerler.org-a istinadla xəbər verir ki, sionist rejimin Haaretz qəzeti dəhşətli partlayışın dünən (21 aprel) səhər işğal altındakı Fələstinin mərkəzindəki Ramle şəhərində mühüm təhlükəsizlik mahiyyəti daşıyan fabrikdə baş verdiyini yazıb. Xəbərdə ehtimal olunan itkilərlə bağlı hələ bir məlumatın verilmədiyi qeyd edilib.
Haaretz, partlayışın raketlər də daxil olmaqla müasir silah istehsalı fabrikində baş verdiyini yazıb.
Xəbərdə belə qeyd edilib: “Partlayış Tomer fabriki tərəfindən raket mühərrikləri, Ofek peyk atıcılarını hazırlayan və müxtəlif növ raketlərdə tətbiq edilən müasir silahlar üçün gündəlik sınaq zamanı meydana gəlib. Yerli sakinlər bir partlayış eşitdiklərini və göbələk buludunu gördüklərini, bəzilərinin isə videoya çəkdiyini söyləyiblər.
Rəsmilər partlayışa səbəb olan sınağın dəymiş ziyanı az qiymətləndirmiş ola bilər.
Partlayışla bağlı Tomer fabriki belə bir açıqlama verib: “Bu müstəsna şərtlər olmadan idarə olunan sınaq idi”.
Tomer fabriki İsrail rejiminin mərkəzi hissəsində və yaşayış sahələrinə yaxın yerləşir. Şirkət İsrail rejiminin ordusu (İDF) və İsrail rejiminin digər müdafiə sistemlərinin istifadəsi üçün raketlər istehsal edir. Partlayışın baş verdiyi Tomer fabrikində xüsusi əhəmiyyət daşıyan Arrow 4 ballistik raketdən müdafiə sistemləri istehsal olunur.
Yüksək səlahiyyətli hərbi rəsmilər indi nəyin səhv olduğunu və təlimatlara riayət edilib edilmədiyini araşdırırlar.