Apr 22, 2021 05:36 Asia/Baku
  • Beynəlxalq insan haqları təşkilatları Bəhreynin siyasi məhbuslarından narahatdır

Beynəlxalq insan haqları təşkilatları Bəhreyn rejiminin Co həbsxanasındakı bir çox siyasi məhbusun ötən şənbə günü təhlükəsizlik qüvvələrinin hücumuna məruz qaldıqdan sonra hələ də təkadamlıq kamerada saxlanıldıqlarını və ailələri ilə əlaqə saxlaya bilmədiklərini bildiriblər.

SəhərAzəri :Shafaqna  xəbər verir ki, Londonda yerləşən Bəhreyn Hüquq və Demokratiya İnstitutu (BIRD) Bəhreyn rejiminin təhlükəsizlik qüvvələrinin həbsxanadakı pis rəftarlarına və pis vəziyyətlərə etiraz edən 35 məhbusa hücum etdiklərini açıqlayıb: “Hücum məhbuslar həbsxananın dəhlizlərində oturub kameralarına qayıtmaqdan imtina etdikdən sonra başlayıb”.

 Təşkilat hesab edir ki, məhkumlardan biri Seyid Ələvi Əl-Vadei ağır kəllə-beyin travması aldıqdan sonra hücum zamanı huşunu itirib. Hücumdan sonra bəzi məhbuslar naməlum yerlərə köçürülüblər.

 Bəhreyndə Demokratiya və İnsan Haqları naminə Amerikalılar təşkilatı da verdiyi bəyanatında bunları qeyd edib: “Bəhreynin Daxili İşlər Nazirliyi, həbsxanalardakı siyasi məhbuslara hücum etdikdən sonra məhkumlara qarşı ciddi təhlükəsizlik və qanuni tədbirlər tətbiq etdi. Həbs olunanların ailələri, hücumdan sonra övladlarını ziyarət etmək üçün həbsxanaya getdilər, ancaq onlarla görüşə icazə verilmədi və hətta onları çağırmaları da qadağan edildi”.

 Mərkəz Bəhreyndəki siyasi məhbuslara qarşı təzyiqlərin artması barədə xəbərdarlıq edərək, Bəhreynin Qərb müttəfiqlərinin məhbuslara qarşı hücumu qeyd-şərtsiz qınamalı olduqlarını vurğulayıb.

Teqlər