May 05, 2021 12:06 Asia/Baku
  • Netanyahu yeni hökuməti qura bilmədi

Sionist rejimin baş naziri Benyamin Netanyahu ona verilmiş vaxt ərzində yeni hökuməti qura bilməyib və yeni hökumətin təşkilini bir daha bu rejimin prezidenti Reuven Rivlinə həvalə edib.

SəhərAzəri-nin məlumatına əsasən, Likud partiyasına rəhbərlik edən sionist rejimin 71 yaşlı baş naziri Benyamin Netanyahu son seçkilərdə hökumətin qurulması üçün tələb olunan Knessetin 120 yerindən 61-ni əldə edə bilməyib.

Sionist rejimin prezidenti Reuven Rivlin bu gündən etibarən çərşənbə gününədək yeni hökumətin təşkili ilə bağlı müzakirələri davam etdirəcək.

Daha əvvəl yeni Nazirlər Kabinetinin qurulmasını Netanyahya tapşıran Rivlinin, bu missiyanı Yair Lapid ya da Neftali Bennetə tapşırmaq yaxud koalisiya kabineti qurmaq üçün 61 deputatın dəstəyini qazana biləcək birini tapmaq üçün İsrail rejimi parlamentinə müraciət etmək barədə qarar vemək üçün üç gün vaxtı var. 

Netanyahunun yeni Nazirlər Kabinetini formalaşdırmaqda uğursuz qalması fonunda Fələstinin işğal olunmuş ərazilərində iki ildən az bir müddətdə dörd seçkinin keçirlilməsindən sonra siyası dalana dirənmə hələ də davam edir.

Teqlər