May 12, 2021 11:33 Asia/Baku
  • Təl-Əviv raket atəşinə tutuldu

Qəzzə zolağından Təl-Əviv şəhərinə 130-dan çox raketin atıldığı bildirilir.

SəhərAzəri-nin məlumatına əsasən, "Əl-Cəzirə"nin Təl-Əvivdəki müxbiri bildirir ki, "Dəmir günbəz" havadan müdafiə sistemi çox sayda raketi zərərsizləşdirə bilməyib.  

HƏMAS-ın silahlı qanadı "İzzəddin Qəssam briqadaları" işğal olunmuş ərazilərdə yerləşən Təl-Əviv şəhərinə və onun ətrafına tərəf 130 raket buraxdığını elan edib.

bildirilir ki, raketlər şəhərin mərkəzinə düşüb. Bundan ardınca, İsrailin "Ben Qorion" beynəlxalq hava limanı müvəqqəti olaraq uçuşları dayandırıb.  

İsrail Hava Limanları İdarəsi raket hücumlarının artması ilə əlaqədar olaraq bu qərarı verib.

 “Haaretz” qəzeti məlumat verir ki, uçuşlara qadağa İsrail üzərində lazımi "səmanın qorunması" üçün qoyulub.

Bununla yanaşı İsrail hökuməti bu rejimin ciddi təhlükə ilə üzləşdiyini gördükdə müxtəlif bölmələrin gücləndirilməsi üçün ehtiyatda olan 5 min hərbçini orduya çağırıb.

Teqlər