May 12, 2021 23:29 Asia/Baku
  • Ayətullah Sistani Fələstin xalqına qəti dəstəyini vurğuladı

İraqın böyük mərcəyi-təqlid alimi Ayətullah Seyid Əli Hüseyni Sistani Fələstin xalqının cəsarətli müqavimətinə toxunaraq, onları möhkəm dəstəklədiyini vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Ayətullah Seyyid Əli Sistaninin ofisi mayın 12-də işğal olunmuş Fələstində davam edən qarşıdurma ilə əlaqədar açıqlama yayıb.

Ayətullah Sistani ofisinin saytında yerləşdirilən açıqlamaya görə, bəyanatın mətnində deyilir: “Rəhman və Rəhim Allahın adı ilə. Dini mərcəiyyət - bir daha - qürurlu Fələstin xalqına işğalçılara qarşı cəsarətlə müqavimət göstərməsində möhkəm dəstəyini vurğulayır. İşğalçılar Fələstin torpaqlarının daha çox hissəsini işğal etməyə və Fələstin xalqını Müqəddəs Qüdsün digər bölgələrindən qovmağa çalışırlar. Mərcəiyyət azad millətlərdən məhrumiyyətlərini bərpa etmək üçün onlara kömək etməyə və dəstək verməyə dəvət edir.

Bu günlərdə Əl-Əqsa məscidi və digər işğal olunmuş ərazilərdə baş verən şiddətli toqquşmalar, şübhəsiz ki, fələstinlilərin zalım işğalçılar qarşısında iradə və möhkəmliyini göstərir.

Digər tərəfdən, bu, Fələstin xalqının hətta bu istiqamətdə çoxlu qurban verilsə də, qəsb edilmiş torpaqlarından əl çəkməyəcəyini göstərir.

Böyük Allahdan diləyimiz budur ki, onlara yardımçı və qələbə ilə onlara dəstək olsun. Qələbə yalnız məğlubedilməz və hikmət sahibi olan Allah tərəfindəndir”.

Teqlər