İraqlı hərəkat rəhbəri İsrailin məğlub olduğunu deyir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i377020-İraqlı_hərəkat_rəhbəri_İsrailin_məğlub_olduğunu_deyir
İraqlı siyasətçi İsrail rejiminin çökməkdə olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 15, 2021 06:26 Asia/Baku
  • İraqlı hərəkat rəhbəri İsrailin məğlub olduğunu deyir

İraqlı siyasətçi İsrail rejiminin çökməkdə olduğunu bildirib.

SəhərAzəri-nin əl-Aləm Telekanalına istinadla yaydığı məlumatına əsasən, İraqın "Fəth" Hərəkatının sədri Hadi əl-Amiri Fələstinin HƏMAS və "İslami Cihad" hərəkatının rəhbərləri ilə telefon danışığı reallaşdırıb.

 Hadi əl-Amiri telefon danışığı zamanı, müqavimət cəbhəsinin hazırkı gücündən söz açıb.

O İsrail ordusunun müqavimət cəbhəsinin qarşısında məğlubiyyətə uğradığını söyləyib.  "Bu gün dünənə oxşamır. Bu gün qələbəyə daha yaxınıq. Fələstin xalqının qanı, müqaviməti və cəsarəti ilə İsrail ilə razılaşma oyunu bitdi", - deyə Hadi əl-Amiri diqqətə çatdırıb.

  O qeyd edib ki, İraqdakı bütün müqavimət hərəkatları Fələstin xalqının yanındadırlar.