İsrail ordusu ifşa olunur
İsrailli sabiq pilot: “Rəsmilər və komandirlər hərbi cinayətkarlardır”
2003-cü ildə ordudan qovulan İsrail rejiminin Hava Qüvvələrinin sabiq pilotu Türkiyənin Anadolu xəbər agentliyinə verdiyi müsahibədə sionist İsrail rejiminin rəsmilərinin və ordu komandirlərinin hərbi cinayətkarlar olduğunu söyləyib.
SəhərAzəri Anadolu agentliyinə istinadən xəbər verir ki, İsrail rejimində və ordusunda Fələstinin işğalına və fələstinlilərə qarşı repressiya siyasətinə qarşı çıxan insanlar var və Conatan Şapira da bunlardan biridir. O, ordudakı digər həmkarlarını da, mövcud vəziyyətləri nəzərə alaraq istefaya təşviq etmək üçün kampaniya başladıb.
Onun və dostlarının kampaniyası nəticəsində 2003-cü ildən etibarən İsrail rejiminin ordusunun digər 27 pilotu Hərbi Hava Qüvvələrindən istefa edib.Ordudan qovulduqdan sonra Fələstinin hüquqlarını dəstəkləyən nümayişlərə qatılması və hərbi cinayətlərə dair beynəlxalq konfranslar keçirdiyinə görə, indiyə qədər bütün digər işlərdən qovulub və yaşamaq üçün Norveçə köçüb.
Conatan bu müsahibədə niyə sionist ordusuna qoşulduğunu və bunun terror təşkilatının bir hissəsi olduğunu necə öyrəndiyini belə izah edir: "İkinci intifazədə İsrail rejiminin hava qüvvələri və ordusunun etdiklərinin milyonlarla fələstinli arasında terror yaratmasının hərbi cinayət olduğunu anladım və bunu başa düşdükdə ordunu tərk etməklə yanaşı, digər pilotları da bu cinayətdə iştirakdan açıq şəkildə imtina etmək üçün təşkilatlandırmağa qərar verdim".
Sabiq pilot qeyd edib ki, İsrail rejiminin ordusu terror təşkilatıdır, komandirləri hərbi cinayətkardır. İsrail irqçi yəhudi (sionist) rejimidir və bütün bölgəni fəlakətə sürükləyir.