May 20, 2021 12:13 Asia/Baku
  • Sionist rejimin hava bazaları müqavimətin raket hədəfinə çevriliblər

Həmas hərəkatının hərbi qolu bildirib ki, bir neçə raketlə sionist rejim ordusunun iki hava bazasını hədəfə alıb.

SəhərAzəri-nin məlumatına əsasən, sionist medialar bu gün səhərçağı Qəzzə zolağının ətrafında yerləşən sionist qəsəbələrdə raket əməliyyatı barədə xəbərdarlıq siqnallarının çalındığını bildiriblər.

Kisofim, Rayim, «Nahal Uz», Nəqəb, «Bir-es-Saba» və Ufakim qəsəbələrində xəbərdarlıq siqnalları çalınıb.

Fələstinli mediaların məlumatlarına görə, müqavimət qruplarının Qəzzə zolağından sionist qəsəbələrə qarşı yeni raket əməliyyatı başlanıb.

Digər tərəfdən, «Hatsrim» aviabazası müqavimət raketlərinin hədəfinə çevrilibdir.

Az sonra Həmas hərəkatının hərbi qolu olan Əlqəssam batalyonları bildiribdir k, bir neçə raketlə sionist rejim ordusunun «Hatsrim» və «Təl-Nuf» aviabazalarını hədəfə alıbdır.

Teqlər