Fələstin rəsmisi Beynəlxalq Məhkəməyə çağırış etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i377187-fələstin_rəsmisi_beynəlxalq_məhkəməyə_çağırış_etdi
Fələstin İsrailin hücumları səbəbilə cəzalandırılması üçün Beynəlxalq Ağır Cinayətlər Məhkəməsinə müraciət edib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
May 20, 2021 08:14 Asia/Baku
  • Fələstin rəsmisi Beynəlxalq Məhkəməyə çağırış etdi

Fələstin İsrailin hücumları səbəbilə cəzalandırılması üçün Beynəlxalq Ağır Cinayətlər Məhkəməsinə müraciət edib.

SəhərAzəri-nin məlumatına əsasən, Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyaz Mənsur jurnalistlərə verdiyi açıqlmada vurğulayıb ki, Beynəlxalq Ağır Cinayətlər Məhkəməsi İsraili mühakimə etmək üçün hərəkətə keçməlidir.   

"İsrail Qəzzədə və Fələstin torpaqlarında uşaqlara, qadınlara, qocalara və mülki şəxslərə hücum edir.Bu müharibə cinayətidir", - deyə Riyaz Mənsur diqqətə çatdırıb. 

Diplomat verdiyi açıqlamada qeyd edib ki, hücumlar zamanı 61 uşaq və 36 qadın şəhid olub.