May 20, 2021 18:59 Asia/Baku
  • 120 min fələstinli ev-eşiyindən didərgin düşüb

Son 11 gündə Qəzzəyə hücum nəticəsində 120 min fələstinli ev-eşiklərindən didərgin düşüb.

SəhərAzəri Fələstin media Mərkəzinin saytı Palinfo.com-a istinadla xəbər verir ki, bu barədə Qəzzəni idarə edən hökumət bəyanat verib.

Bildirlib ki, son 11 gün ərzində Qəzzəyə hücum nəticəsində 120 min fələstinli ev-eşiklərindən didərgin düşüb.

Onlardan yalnız 52 mininin sığınacaqlara yerləşdirilməsi mümkün olub.

Hücum nəticəsində 1,447 bina və ev tamamilə dağılıb, 13 min isə qismən dağılıb və xəsarət görüb.

Bu hücum nəticəsində 68 mətkəb və səhiyyə mərkəzləri dağılıb və ya maddi ziyanlar görüb.

Qeyd edək ki, bu müddət ərzində İsrail rejiminin hücumu nəticəsində ölənlərin sayı 230 nəfərə çatıb ki, onların 65-i uşaqdır.

Teqlər