«Qara bayraqlar» qrupunun Netanyahuya qarşı aksiyası yenidən başlanıb
İnformasiya mənbələri sionist rejimin baş nazirinin qəsb olunmuş Qüdsün qərbincdə yerləşən iqamətgahı qarşısında Benyamin Netanyahuya qarşı aksiyaların yenidən başlandığını bildiriblər.
SəhərAzəri-nin məlumatına əsasən,Etirazçı «Qara bayraqlar» qrupunun üzvləri dünən gecə Balfur meydanına toplaşıblar.
İnformasiya mənbələri həmçinin Netanyahunun iqamətgahına çıxan küçələrdə təhlükəsizlik qüvvələrinin yerləşdiklərini bildiriblər.
Etirazçı «Qara bayraqlar» qrupu və bəzi digər qruplar bu aksiyanın təşkilatçılarındandırlar. Netanyahunu korrupsiyada və pis idarəçilikdə ittiham edən bu qruplar hər şənbə günü ona qarşı aksiya keçirirlər.
İşğal olunmuş ərazilər son aylar ərzində dəfələrlə Benyamin Netanyahunun korrupsiyasına və koronavirusla mübarizə sahəsindəki zəif fəaliyyətinə qarşı aksiyaların şahidi olubdur.