Türkiyəli ekspert:
Fələstinə yardım etməkdə İran nümunəvi dövlətdir
İran İslam Respublikası Fələstin və Qüds məsələsində digər İslam ölkələrinin örnəyi olmalıdır.
SəhərAzəri-nin məlumatına əsasən, türkiyəli siyasi şərhçi Sadık Çelik İran Radio-Televiziyasının Türk Radiosuna verdiyi müsahibədə belə deyib.
S.Çelik İsrailin siyasətləri və Fələstinin gələcəyi barədə bildirib ki, Müqavimətin son qələbəsində İran İslam Respublikasının rolu danılmazdır və bu dövlət İslam İnqilabının zəfər çaldığı gündən həmişə Fələstinin əsas dəstəkçisi olmuşdur.
Fələstinin İslam Dünyasının birnömrəli məsələsinə çevrilməsində İranın təşəbbüskar olduğunu vurğulayan türk ekspertin qənaətincə, Qüds Briqadasının yaradılması faktiki olaraq İranın Fələstin məsələsini İslam Dünyasının gündəminə gətirdiyinə dəlalət edən mühüm bir faktdır.
S.Çelik hesab edir ki, İran yalnız tənqid etməklə deyil, əməldə İsrail rejiminin əleyhinə dəyərli addımlar atıb. Ona görə də Fələstin və Qüds məsələsində bütün digər müsəlman ölkələrinin örnəyidir.
Ekspert bu istiqamətdə regionun müsəlman xalqlarını Fələstinə yardım üçün öz dövlətləri qarışısında tələb qoymağa çağırıb və bildirib ki, böyük qələbənin əldə edilməsi üçün Fələstin xalqına lazım gələrsə hərbi zəmində belə yardım göstərilməlidir.
Türkiyəli ekspert sonda qeyd edib ki, müsəlman ölkələrinin sükutu sionistləri sərtləşdirib və onlar heç nədən çəkinmədən müharibə cinayəti törədirlər. Bununla belə Fələstin Müqavimətinin bu günlərdəki qələbəsi İsrailin yalnız zor dilini başa düşdüyünü sübuta yetirdi.