İsrail siyasətində yeni böhran
Liberman sionist rejimin məğlubiyyətini etiraf etdi
Sionist rejimin sabiq müharibə naziri Aviqdor Liberman son döyüşlərdə Fələstin müqavimətinin qalib olduğunu və İsrailin Qəzzəyə hücumlarında öz məqsədinə çatmadığını etiraf edib.
SəhərAzəri-nin məlumatına əsasən, Liberman deyib ki, “İsrail”in məğlubiyyəti onun ərəb dünyası qarşısında özünü nümayiş etdirmək düşüncəsinə mənfi təsir göstərib.
Sabiq müharibə naziri sionist rejimin Qəzzəyə 12 günlük təcavüzündən sonra atəşkəs yaranmasını sərt tənqid edib. O, sionist siyasətçilərin bu atəşkəsi utancverici adlandırdığını vurğulayaraq, işğalçı rejimin Fələstin müqaviməti qarşısında məğlub olduğunu ifadə edib. "Bizim ev İsrail Partiyası"nın sədri sionist rejimi və fələstinlilər arasında atəşkəsin elan olunmasından sonra öz Tvitter səhifəsində yazıb: “HƏMAS bir neçə il sonra yenidən od ələyəcək və biz digər bir əməliyyata məruz qalacağıq.”
Liberman bir neçə gün əvvəl də İsrailin baş naziri Benyamin Netanyahuya qarşı sərt açıqlama vermiş və bu rejimin Qəzzəyə hücumunun nəticələrini tənqid edərək, bu müharibədə “İsrail”in məğlub olduğunu demişdi.
O, 12-ci kanala verdiyi müsahibədə demişdi: “HƏMAS İsraildə yeni daxili cəbhə yarada bildi və Fələstində ictimai rəyi ələ aldı. Biz nə etmişik? Biz inkişaf etmiş bir dövləti (sionist rejimi) iflic etmişik.”
Liberman bu sualı da irəli sürüb ki, əgər İsrailin vəziyyəti HƏMAS qarşısında belədirsə, onda İran və Hizbullah qarşısında necə olacaq?