İsrail üçün acınacaqlı atəşkəs
Fələstin Müqaviməti niyə son müharibənin qalibidir? - TƏHLİL
Qəzzədə 12 günlük müharibənin sona çatması ilə yanaşı, bu savşda kimin qalib gəlməsi, hansı tərəfin məyus olması və qələbə sevincini yaşaması böyük maraq doğrurur.
SəhərAzəri-nin məlumatına əsasən, 12 günlük müharibədə İsrailin Aşkelon, Aşdod, Beer-Şava, Sderot şəhərlərinə, o cümlədən paytaxt Təl-Əvivə çoxlu sayda raket düşdü. Bu raketlər qeyd edilən şəhərlərdə və digərlərində ciddi dağıntılara səbəb oldu. İsrailə beynəlxalq uçuşlar dayanıdı və bəzi elektrik, neft və qaz kimi enerji xətlərinin işində dayanmalar və ya fasilələr baş verdi. Raketlər şimaldan Təl-Əvivi keçib cənubda Eilata çatdı. "Ben Qorion" hava limanına uçuşları planlaşdıran bir çox aviaşirkət uçuşlarını təxirə saldı. Hətta Hayfa limanında da təhlükədə olduğu dəqiqləşdi. Fabriklərin bir çox yerdə fəaliyyəti dayandırıldı və sionistlər sığınacaqlarda yaşamaq məcburiyyətində qaldılar. Paralel olaraq İsrailin Qəzzə əhalisinə qarşı cavabları da amansız oldu. Qəzzədə dinc əhaliyə qarşı hücumlar bir an belə dayanmadı və azyaşlı, ahıl, qadın və sadə vətəndaşlar gecə-gündüz bilmədən fasiləsiz bombardmanlara məruz qaldılar. Məqsəd müqaviməti qısa zamanda qorxutmaq və fələstinliləri təslim olmağa məcbur etmək idi. Çünki Qəzzənin İsrailə cavab verməsi və raket atışlarını uzun müddət davam etdirməsi Təl-Əviv üçün dözülməz idi. Məhz bu səbəbdən də İsrailin baş naziri Benyamin Netanyahu hadisələrin belə davam etməsinin onun siyasi karyerasına son qoymaq təhlükəsinin olmasını başa düşdü və Ağ Ev rəhbəri Co Baydenin təşviqi və Misirin vasitəçiliyi ilə qeyd-şərtsiz atəşkəsə razı oldu.
Bu isə o deməkdir ki, Fələstin müqavimətini təslim olmağa məcbur edənə qədər əməliyyatı davam etdirməyə qərarlı olan İsrail rəhbərliyi 12-ci gündə atəşkəslə razılaşmanı seçdi. Bu onu deməyə əsas verir ki, İsrail fələstinlilər qarşısında necə aciz duruma düşümüşdür.
İsrailin atəşkəs imzalamağa məcbur olması fələstinliləri qalib etdiyi kimi, ona dəstək verən İran İslam Respublikasının da İslam dünyasındakı nüfuzunu bir qədər də artırdı. Belə ki, “Fələstinin İslami Müavimət Hərəkatı” 12 günlük müharibədə misilsiz dəstəyinə görə məhz İrana dərin təşəkkürlərini bildirdi. Və HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmail Həniyyə çıxışı zamanı İslam Respublikasının Qəzzadəki müqavimət hərəkatına maddi və hərbi dəstəyinə görə İrana təşəkkür etdi.
Yaxın Şərqdə müqavimət hərəkatlarına dəstəyini davam etdirən İslam Respublikası əslində imperializm qarşısında bir qala rolunu oyanadığını ortaya qoydu.
Hüseyn Abdullah