Təl-Əvivin məğlubiyyətinin ilk təzahürü
https://azeri.sahartv.ir/news/qərbi_asia-i377351-təl_Əvivin_məğlubiyyətinin_ilk_təzahürü
Sionist rejimin baş naziri dünən gecə bildirib ki, MOSSAD casusluq agentliyinin növbəti rəisi, Yossi Koenin müavini Devid Barniadır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 25, 2021 10:24 Asia/Baku
  • Təl-Əvivin məğlubiyyətinin ilk təzahürü

Sionist rejimin baş naziri dünən gecə bildirib ki, MOSSAD casusluq agentliyinin növbəti rəisi, Yossi Koenin müavini Devid Barniadır.

 SəhərAzəri-nin məlumatına əsasən, sionist rejimin müqavimət qarşısındakı məğlubiyyəti ilə bağlı son dəyişiklikdə bu rejimin casusluq xidmətində 25 il iştiraka malik olan 56 yaşlı Devid Barnia dünən MOSSAD-ın yeni rəisi təyin edildi.

Benyamin Netanyahu MOSSAD-ın xüsusi zabitləri üçün baş nazir mükafatının illik təqdimat mərasimində bildirdi ki, «Dedi» ləqəbi ilə tanınan Barnia, kənarlaşdırılmış rəis Yossi Koenin yerini tutacaq.

İşğalçı sionist hərbçilər mayın onundan Qəzzəyə və fələstinlilərə qarşı öz vəhşicəsinə hücum və təcavüzlərinə başladılar.

Fələstin müqavimət qrupları da sionistlərin Qəzzəyə qarşı hücum və təcavüzlərinin davam etməsinə cavab olaraq, qəsb olunmuş ərazilərə raket yağdırdılar. Nəticədə on iki sionist öldü.

Sionist rejimin nazirlər kabineti, bu rejimin Qəzzədəki müqavimət qruplarının raket hücumlarını dayandırmaqda on iki gün aciz qalmasından sonra cümə axşamı günü gecə üçsaatlıq bir iclasda atəşkəslə razılaşdı.

Bu atəşkəs cümə günü səhər saat ikidən fələstinli qruplarla sionist rejim arasında bərqərar edilidi və Fələstn xalqı müqavimətin qələbəsini bayram etdi.