Hizbullah liderinin açıqlaması
Nəsrullah: Qəzzə müharibəsi İsrailə dərs oldu
Livan Hizbullahının lideri son Qəzzə müharibəsində İsrailin təhlükəsizliyinə dəhşətli zərbə vurulduğunu bəyan edib.
SəhərAzəri-nin məlumatına əsasən, Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah ötən gün Livanda keçirilən qələbə günü ilə bağlı çıxışında deyib: “Qəzzədəki müqavimət hərəkatı Qəzzə üçün deyil, Qüds və əl-Əqsa üçün meydana atıldı. İsrail elə bilirdi ki, Qüdsün yəhudiləşdirilməsi planına ancaq bəyanatla cavab verəcəklər. Lakin Qəzzə müqavimətinin bu şücaətli və qəti addımı həm dost həm də düşmən üçün gözlənilməz oldu. Bu olanlar İsrailin bilməməzliyi, müqavimət hərəkatını heçə saymaqdan irəli gəlirdi, amma artıq onlar başa düşdü və dərs aldılar. Bəlli oldu ki, Qüdsə toxunmaq regionda yeni müharibə ilə nəticələnəcək.
Nəsrullah, həmçinin sionist İsrail rejiminin 2000-ci ilin mayında livanlıların müqavimətilə ölkənin cənubundan çıxmasından, bu tarixi qələbənin sonrakı dövrlərdə müsbət təsirindən danışıb.
İsrailin son müharibədən dərs aldığını bildirən Həsən Nəsrullah vurğulayıb ki, “İsrail əl-Əqa məscidi və Qüdsə toxunmağın nəticəsinin silahlı müqavimət olduğunu bilməlidir.”
Onun sözlərinə görə, Müqavimət hərəkatlarının “Qüdsün Qılıncı” əməliyyatı İsrailin bütün bölgələrinə aid idi. İsrailin bütünündə təhlükəsizliyinə zərbə vuruldu. Bu tarixi hərbi nəaliyyətdir. Qəzzədəki müqavimət bunu təkbaşına etdi. Bununla yanaşı İsrail qurudan Qəzzədə əməliyyata getmədi. Bundan savayı İsrailin daxilində “48-ci ilin ərəbləri”nin bölgələrndə ciddi qarşıdurmalar baş verdi. Bu qarşı tərəfin varlığını təhdid edirdi”, deyə cənab Nəsrullah növbəti müharibə ilə bağlı xəbərdarlıq edib.