May 26, 2021 12:56 Asia/Baku

HƏMAS-ın siyasi bürosunun rəhbəri Xalid Məşəl verdiyi açıqlama zamanı bildirib ki, "Qüds qılıncı" müharibəsi Fələstinin azad edilməsinə yaxınlaşdırıb.

SəhərAzəri-nin məlumatına əsasən, o qeyd edib ki, "Qüds qılıncı" döyüşü Fələstin məsələsinin İslam və ərəb ümməti səviyyəsindəki vəziyyətini canlandırıb.

Xalid Məşəl qeyd edib ki, gözlənildiyi kimi, sionist rejim çox öyünməsinə baxmayaraq, nəhayət raket hücumları və geniş müqavimət qruplarının təzyiqi altında atəşkəsə razılaşdı. Sionistlər Fələstin müqaviməti ilə döyüş sahəsini tərk etdilər, lakin nəticədə müqavimət qruplarına Şeyx Cərrah bölgəsindəki təcavüzlərini dayandırmaq üçün təminat vermək məcburiyyətində qaldılar.  

 Xatırladaq ki, Fələstin müqavimətini təslim olmağa məcbur edənə qədər əməliyyatı davam etdirməyə qərarlı olan İsrail rəhbərliyi 12-ci gündə atəşkəslə razılaşmanı seçdi. Bu onu deməyə əsas verir ki, İsrail fələstinlilər qarşısında necə aciz duruma düşümüşdür.

Teqlər