Sionist rejim Qəzzəyə yardımların daxil olmasını əngəlləyir
Sionist rejimin müharibə naziri Qəzzə zolağını, müqavimətin əməliyyatlarının davam edəcəyi halda, daha kəskin hücumlarla hədələyərək, deyib ki, bu bölgəyə hər cür yardımın daxil olması sionist hərbçilərin cəsədlərinin həmin bölgədən geri dönməsindən asılıdır.
SəhərAzəri-nin məlumatına əsasən, müxtəlif beynəlxalq təşkilatların və insan hüquqları cəmiyyətlərinin Qəzzə zolağının bərpası üçün bu bölgəyə humanitar yardımların tez bir zamanda daxil olması vacibliyinə dair təkidlərinə rəğmən, uşaqöldürən sionist rejim bu hərəkətə mane olmaqda davam edib.
Sionist rejimin müharibə naziri Beni Qantz dünən gecə bir daha Qəzzə zolağına hər cür yardımın daxil olmasını bu bölgədə öldürülmüş sionist hərbçilərin cəsədlərinin və müqavimət qrupları tərəfindən həbs olunmuş sionistlərin geri dönməsi ilə şərtləndiribdir.
Qantz etiraf edib ki, müqavimət qruplarının 12 günlük savaş zamanı sionist rejimə vurduqları ziyanlar Livan Hizbullah müqavimət hərəkatının bu rejimə vura biləcəyi zərərlərin təkcə onda biri qədərdir.
O, vurğulayıb ki, mürəkkəb bir döyüş olacaq, zira Hizbullah yüz min ədəd raketə malikdir ki, onların bəziləri uzaq mənzilli, bəziləri də nöqtə vurandırlar.
Bundan öncə də sionist rejimin baş naziri Benyamin Netanyahu Misir kəşfiyyat orqanının rəisi ilə görüşdə Qahirədən istədi ki, Qəzzədə öldürülmüş sionist hərbçilərin cəsədlərinin qayıdışı, həmçinin Həmas-ın zəiflədilməsi üçün Təl-Əvivə kömək etsin.