İyun 02, 2021 06:37 Asia/Baku
  • Ərbil və Bağdad Türkiyəyə qarşı bəyanat yayıblar

İraqın və İraq Kürdüstanının kənd təsərrüfatı nazirləri Türkiyə şirkətlərinin hərəkətlərini pisləyiblər.

 SəhərAzəri-nin məlumatına əsasən, bu şirkətlər Türkiyə qüvvələrinin köməyilə İraqın şimalındakı meşələrin ağaclarını kəsərək, Türkiyədə satırlar.

İraq Kürdüstanının kənd təsərrüfatı və su mənbələri naziri Bige Red Talebani və onun İraqın mərkəzi hökumətindəki həmkarı Muhəmməd Kərim Əlxəfaci bu gün bir bəyanatda bildiriblər ki, Türkiyənin bu hərəkətləri nəinki İraqın və İraq Kürdüstanı bölgəsinin təbiəti və ekologiyasına qarşı düşmənçilik hərəkətidir, həm də regionda və bütün dünyada insanlığa, təbiətə və ətraf mühitə qarşı düşmənçilik əməli sayılır, zira ətraf mühitin həddi-hüdudu yoxdur.

Teqlər