Əynuləsəd bazası PUA hücumu hədəfinə çevrilib
İraqlı mənbələr bildiriblər ki, bu ölkənin qərbində yerləşən Əynuləsəd bazası PUA hücumu hədəfinə çevrilib.
SəhərAzəri-nin məlumatına əsasən, bu gün səhər tezdən İraqın qərbində yerləşən Əynuləsəd aviabazasında həyəcan siqnalının səsləndirilməsi barədə məlumatların yayılmasından sonra yerli mənbələr bildiriblər ki, bu baza iki pilotsuz tərəfindən hücuma məruz qalıb.
Bu məlumata əsasən, amerikalı qüvvələr sürətlə Əynuləsəd bazasına çıxan yolları bağlayıblar.
İraq informasiya mərkəzi bir bəyanatda Əynuləsəd aviabazasına qarşı PUA hücumunu təsdiq edib. Bildirib ki, bazada yerləşən hava hücumundan müdafiə qüvvələri iki pilotsuzla mübarizə apararaq, onları vura biliblər.
Son aylar ərzində İraqda Amerikanın hərbi karvanları və bazalarına qarşı çox sayda oxşar hücumlar baş verib.
Bir çox mülkiiraqlı və iraqlı qrup, terrorçu amerikan qüvvələrin bu ölkədən çıxmalarını tələb edir. İraq parlamenti də bu qüvvələrin çıxışı barədə bir layihə qəbul edibdir.