İyun 10, 2021 12:12 Asia/Baku
  • Lavrov ABŞ-ı Suriyanı istismar etməkdə ittiham etdi

Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ-ın Suriyadakı təbii sərvətləri istismar etdiyini açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, rusiyalı nazir verdiyi açıqlamada vurğulayıb ki, ABŞ taladığı təbii sərvətlərin hesabına terrorçulara maddi yardım edir.  

"ABŞ-ın Suriyadakı varlığı beynəlxalq hüquqa ziddir. Lakin ABŞ bütün xəbərdarlıqlara baxmayaraq, beynəlxalq hüququ pozmağa davam edir", - deyə Sergey Lavrov diqqətə çatdırıb.  

Maraqlıdır ki, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri tənqidlərə cavab olaraq Amerikanın Suriyanın neft yataqlarında hərbi iştirakının qanuni olduğunu iddia edir. "Suriyanın neft yataqlarında olmağımız qanunidir. İnanıram ki, bizim bu tədbirlərimiz beynəlxalq qanunlara zidd deyil. Biz qanunsuz bir şey etmirik", - deyə Cefri bildirmişdir.

Deyilənlərə görə, Birləşmiş Ştatlar neft yataqlarından istismar olunan neftin satışa çıxarılması ilə Pentaqonun birbaşa nəzarətində olan ayrı-ayrı terror təşkilatlarını, həm də Türkiyə tərəfindən terror qruplaşması hesab olunan və Suriyanın mərkəzi hökumətinə tabe olmaqdan çəkinən YPG yaraqlılarını maliyyələşdirir.

Qeyd edək ki, 2014-cü ildə ABŞ İŞİD-ə qarşı mübarizə adı altında Suriyaya qanunsuz olaraq qoşun yeridib. Suriya ordusu və müqavimət qüvvələrinin İŞİD-i məğlub etməsindən sonra bu hərbi mövcudiyyət birbaşa Suriya neftinin oğurlanmasına , eləcə də istənilən terror təşkilatına nəfəslik verilməsinə hesablanıbdır.

 Suriya dövləti isə bildirir ki, Amerikanın bu ölkədə hərbi mövcudiyyəti Dəməşqdən icazə almadan həyata keçib və məqsəd Suriyanın təbii ehtiyatlarını qarət etməkdir. Bununla əlaqədar Suriya dövləti BMT Təhlükəsizlik Şurasından istəyib ki, bu ölkənin neft quyularının işğalına son qoymaq üçün Birləşmiş Ştatlara təzyiq göstərsin. Lakin ABŞ beynəlxalq qanunlara əməl etməkdən boyn qaçırır. 

Teqlər