İyun 11, 2021 13:34 Asia/Baku
  • Suriyadakı Rusiya hərbçiləri iri terrorçu qruplaşmanın liderlərini məhv ediblər

Suriyanın İdlib vilayətindəki rusiyalı hərbçilər "Həyat Təhrir əş-Şam" terror qruplaşmasının başçılarını məhv ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, zərbə "Həyat Təhrir əş-Şam" terror qruplaşmasının nümayəndəsi Əbu Xalid Şami, qruplaşmanın media qanadının başçısı Əbu Musəəb Humsi və daha iki yaraqlının olduğu avtomobilə vurulub.

Terrorçuları, qruplaşmanın blokpostlarından birinə baş vurarkən aşkar ediblər. Onların yerini müəyyən etmək, Suriyada sınaqdan keçirilən kəşfiyyat üzrə ən yeni texniki vasitələr sayəsində müyəssər olub.

"Həyat Təhrir əş-Şam" terror qruplaşması bir neçə min döyüşçüdən ibarətdir.

Aprel ayında bildirilmişdi ki, Rusiyanın Suriyadakı hava-kosmos qüvvələri iki yüzə yaxın yaraqlını məhv ediblər. Hərbi aviasiya, terrorçuların Palmiradan şimal-şərqdə yerləşən bazasına zərbələr endirib.

Suriyada düşmənçilik edən tərəflərin barışığı üzrə Rusiya Mərkəzi rəhbərinin müavini kontr-admiral Aleksandr Karpov qeyd edibdir ki, Rusiya hərbçiləri maskalanmış bazanın yerləşdiyi məkana dair məlumatları alaraq, təsdiq ediblər.

Zərbə nəticəsində yaraqlıların iki sığınacağı, həmçinin partlayıcı qurğuların quraşdırılması üzrə ehtiyat hissələri, yarım tonluq döyüş sursatı və içində pulemyotlar olan 24 pikap yük maşını məhv edilib.

Teqlər