İyun 15, 2021 23:01 Asia/Baku
  • Səud rejimi bir şiə gənci edam edib

Ərəbistanda bir şiə gənc edam edilib.

SəhərAzəri-nin məlumatına əsasən, Ərəbistan daxili işlər nazirliyi bir bəyanatda bildirib ki, bu gün səhər bu ölkədə bir şiə gəncin edam hökmü icra olunub.

Mustafa bin Haşim bin İsa Ali-Dərviş 2015-ci ildən məhbəsdə idi. Bu şiə gənc Ərəbistanın Tarut bölgəsinin əhalisindən olubdur.

Mustafa bin Haşimə 2011-ci ildə Qətif aksiyalarında iştirak da daxil olmaqla on üç ittiham vurulub.

Ərəbistanın məhkəmə aparatı saxta ittihamlarla vətəndaş fəalları üçün uzunmüddətli həbs və edam hökmləri verir.

Teqlər