İyun 19, 2021 11:35 Asia/Baku
  • Haaretz :

İvrit dilində dərc edilən "Haaretz" qəzeti, sionist rejimin sabiq baş naziri Benyamin Netanyahunun, yeni baş naziri Neftali Bennetin baş nazirlik ofisinə gəlişindən əvvəl mühüm sənədlərin məhv edilməsinə göstəriş verdiyini bildirib.

SəhərAzəri-nin məlumatına görə, "Haaretz" qəzetinin məlumatında yazılıb: "Baş nazirin ofisinin dolablarında saxlanılan sənədlər ümumiyyətlə aparatın rəhbər işçilərinin iş qrafiklərini, daimi işlərini və digər sənədləri ehtiva edir və hansı sənədlərin məhv edildiyi hələ məlum deyil.

Məlumata görə, Netanyahu ittihamları rədd edib, amma sionist rejimin baş nazirlik ofisi bununla bağlı araşdırma aparacağını bildirib.

Bundan əvvəl İsrail rejimin mətbuatı Netanyahunun hələ də baş nazirin rəsmi iqamətgahında yaşadığını və onu yeni baş nazir Neftali Bennet-ə təhvil vermədiyini yazıblar.

Keçən həftə bazar günü sionist rejimin parlamenti Knesset, Neftali Bennet və Yair Lapidin rəhbərlik etdiyi yeni nazirlər kabinetinə etimad səsi verib və beləliklə də Benyamin Netanyahunun 12 illik səlahiyyət müddəti sona çatıb.

Teqlər